Avant Advisors MMC olaraq öz tərəfdaşlarımıza təqdim etdiyimiz xidmətləri şəffaflıq,
ədalətlilik və dürüstlük
prinsipləri əsasında həyata keçirərək, müştərilərimizə həm əlverişli şərtlərlə, həm
də keyfiyyətli mühasibatlıq,
məsləhət və digər xidmətlər təklif etməklə özünü etibarlı tərəfdaş kimi doğrultmağı
qarşısına məqsəd qoymuşdur.
Bütün fəaliyyət sahələrində yerli və beynəlxalq şirkətlərə
Mühasibat xidmətləri və Maliyyə
hesabatları xidmətlərinin göstərilməsi sahəsində geniş təcrübə və dərin biliklərə
malikdir. Biz, şirkətin gündəlik və
maliyyə dövründəki bütün əməliyyatlarının mühasibat və vergi uçotu tələblərinə
uyğunluğunu təmin edən və
qarşılıqlı-praktiki və dəstəkləyici həlləri özündə birləşdirən bütün mühasibat
xidmətlərini təklif edirik.
Şirkətlərin açılması, şirkətlərin fəaliyyətinin hüquqi tənzimlənməsi,
maliyyə-mühasibatlıq vergi mühiti ilə əlaqədar
müştərilərin məlumatlandırılması, kadr işinin təşkili və başqa xidmətlərimiz
müştərilərimizin məmnuniyyətini
qazanmaqdadır. Müəssisəmizə müraciət edən iş adamları vaxt itkisinə məruz qalmadan
qoyulmuş sualların doğru cavabları və
problemlərin həlli yollarını asanlıqla əldə edirlər. Maliyyə-mühasibatlıq vergi
mühiti ilə əlaqədar müştərilərin
məlumatlandırılması, kadr işinin təşkili və başqa sahələrdə peşəkar komandamız
müştəri məmnuniyyətini təmin etmək və
məmnunluğun ölçülməsi prosesini daima təkmilləşdirməyi qarşısına məqsəd qoymuşdur.